Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yeni kabinet formalaşana kimi ailəsi ilə birlikdə istirahətə yollanıb. «KƏLAMİNFO» «CNN-Turk»ə istinadən xəbər verir ki, baş nazirin, həmçinin yeni seçilən 326 deputatla görüşü də nəzərdə tutulub. Lakin hələ ki, görüşün istirahətdən əvvəl və yaxud sonra baş tutacağı bəlli deyil. İyunun 25-də andiçmə mərasimindən sonra Ərdoğanın yeni hökuməti təşkil edəcəyi bildirilib.
|