“Bakı şəhərində nəqliyyatın intellektual idarəedilməsi” layihəsi cari ilin noyabrında başa çatacaq. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib. Onun sözlərinə görə, layihənin gecikməsinə səbəb bir sıra əlavələrin edilməsidir. Nazirlik rəsmisi onu da bildirib ki, layihə təxminən 100 min dollara qədər bahalaşıb: “Sistemin bu il noyabrın sonlarına istifadəyə verilməsi planlaşdırılır”.
|