Özlərini «Lulz Security» adlandıran hakerlər qrupu ABŞ Senatının kompyuter şəbəkəsini dağıtdıqlarını bildiriblər. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, hazırda Senat tərəfindən bununla bağlı hər hansı bir şərh daxil olmayıb. «Lulz Security» əvvəllər «Sony» və İctimai Yayım Sistemini dağıdıb. Milli Təhlükəsizlik departamentinin əməkdaşı Stüart Beyker bildirib ki, hakerlər bununla Senatın fayl-serverlərinə daxil olmalarını nümayiş etdirmiş olublar.
|