NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfəri təxirə salınıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rumıniyanın Azərbaycandakı səfirliyindən veriblər. Səfərin təxirə salınmasına səbəb Brüssel aeroportu işçilərinin tətil etməsidir.
Xatırladaq ki, NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri ikinci dəfədir təxirə salınır.
|