İyunun 13-dən 14-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Prosedur qaydaları üzrə işçi qrupun iclası keçiriləcək. İclasda Azərbaycanı Milli Məclisin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri, deputat Asəf Hacıyev təmsil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Prosedur qaydalarına təklif olunan əlavə və dəyişikliklər müzakirə olunacaq.
|