Dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar üzrə təhsil haqlarının qaldırılması Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) aid məsələ deyil. “KƏLAMİNFO” xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə deyib.
Komissiya sədri eyni zamanda onu da deyib ki, təhsil haqlarının artırılması təhsilin keyfiyyətinin də artırılmasını tələb edir. O, təhsil haqlarının hesablanması üçün xüsusi metodologiyasının olduğunu deyib: “Bu bütün dünyada belədir. Mən bilmirəm bu metodologiyadan nə dərəcədə istifadə edərək bu addımı atıblar. Ümidvaram ki, bu addımın elmi əsasları var”.
|