Xəbər verdiyimiz kimi, müğənni Natəvan Həbibi iyunun 14-də Türkiyədə keçiriləcək «Turkvision» yarışmasında Azərbaycanı təmsil edəcək. “KƏLAMİNFO”nun məlumatına görə, nümayəndə heyəti sabah qonşu dövlətə yola düşür. Heyətin sırasına daxil olan radio aparıcısı İlahə Şıxlinskaya bildirib ki, müsabiqə Pamuqqalada keçiriləcək. Həmin yarışmaya «Eurovision»un builki qalibləri Eldar və Nigar da qonaq qismində qatılacaq və təmsilçimizə dəstək olacaqlar.
Qeyd edək ki, N.Həbibi yarışmada Murad Arifin bəstəsi olan «Təyyarələr»i səsləndirəcək.
|