BMT-nin baş katibi Pan Qi Mun rəsmən ikinci dəfə qurumun baş katibi olmaq istədiyini açıqlayıb. «KƏLAMİNFO» "İnterfaks"a istinadən bildirir ki, baş katib bununla bağlı Baş Assambleyaya və Təhlükəsizlik Şurasına məktub göndərdiyini açıqlayıb. Nizamnaməyə görə, baş katib TŞ üzvlərinin təklifi və Baş Assambleya tərəfindən təsdiq olunduqdan sonra bu posta seçilir. Onun səlahiyyət müddəti bu ilin sonunda başa çatır. O, hələ ki, bu posta irəli sürülən ilk namizəddir. Fransa və Çin onun namizədliyini artıq dəstəklədiklərini bildiriblər.
|