Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün tarixi dəqiqləşib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov “KƏLAMİNFO”ya bildirib ki, görüş iyunun 11-də Moskvada keçiriləcək.
Xatırladaq ki, bu görüş hər üç ölkənin prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.
|