Azərbaycan vətəndaşları üçün Rusiya ali məktəblərində boş qalan yerlərə qəbul imtahanları iyunun 11-də keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, may ayında keçirilmiş imtahanların nəticələrinə görə, azərbaycanlılar üçün ayrılmış plan yerindən 11-i boş qalıb. “Abituriyentlər boş qalmış yerlərə ərizələrini Azərbaycanın Rusiyadakı diasporuna və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə təqdim edirlər. Bizdə olan məlumata görə, artıq boş qalan yerlərə 150 ərizə daxil olub” - deyə TQDK sədri vurğulayıb.
|