NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfərinin proqramı açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, Ceyms Appaturay iyunun 10-da Xarici İşlər, Fövqəladə Hallar nazirliklərində, Dövlət Sərhəd Xidmətində, Milli Məclisdə görüşlər keçirəcək. Görüşlər zamanı Azərbaycanla NATO arasında əməkdaşlıq proqramı, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
NATO baş katibinin xüsusi nümayəndəsini səfərdə hərbi alyansın NATO üzrə məsul zabiti Zbiqnev Rıbatski müşayiət edəcək.
|