Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və icraçı dekan Fariz İsmayılzadə Səudiyyə Ərəbistanının aparıcı təhsil ocaqları ilə əməkdaşlığı müzakirə etmək üçün bu ölkəyə səfər ediblər. ADA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, iki günlük səfər çərçivəsində Hafiz Paşayev Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunun baş direktoru Abdulkərim Həmid Əl-Dekhayel, ölkənin ən böyük universiteti - Səudiyyə Krallığı Universitetinin rektoru Abdulla bin Abdul Rəhman Əl-Otaman, şah Fəysalın adını daşıyan Araşdırma və İslam Tədqiqatı Mərkəzinin rəhbəri, Böyük Britaniyada sabiq səfir, şahzadə Türki Əl-Fəysal və paytaxt Əl-Riyadın meri, şahzadə Səlman Əl-Səudla görüşüb.
Azərbaycan Diplomatik Akademiyasının rektoru və Səudiyyə Diplomatik Araşdırmalar İnstitutunun baş direktoru Anlaşma Memorandumu imzalayıblar. H.Paşayev ölkənin aparıcı təhsil ocaqlarının rəhbərlərini Azərbaycana səfərə dəvət edib.
|