Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marti Nataleqava ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
İndoneziyanın xarici işlər naziri Marti Nataleqava E.Məmmədyarovu Azərbaycanın bu təşkilata üzv olması münasibətilə təbrik edib və ikitərəfli səmərəli əməkdaşlığa ümidvar olduğunu deyib.
|