Prezident İlham Əliyev bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Əsəd Alamı qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bir sıra mühüm layihələr üzrə fəal işlərin aparıldığı qeyd edilib, ölkəmizin müvafiq strukturları ilə Dünya Bankı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
|