“Əl-Qaidə” terror təşkilatının lideri Usamə Bin Ladenin daha bir videosu yayımlanacaq. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, amerikalı nümayəndələr Bin Ladenin bir videosunun yayımlanacağı barədə xəbərdardırlar.
Bu arada “Nyu-Yok Times” qəzeti yazıb ki, Bin Laden ölümündən sonra yayımlanmaq üçün tərəfdaşlarına belə bir kaset verib. Kasetin Bin Ladenin ölümündən bir neçə gün əvvəl çəkildiyi qeyd olunur.
|