Bu gün İsveçrənin Cenevrə şəhərində Radiorabitənin İşçi Qrupunun 6-cı iclası keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, iclasda Beynəlxalq Mobil Rabitənin baza stansiyaları tərəfindən istifadə olunmuş kanallardan UHF zolağında rəqəmsal yerüstü yayım xidmətinə göstərilən maneələrin qiymətləndirilməsi; VHF/UHF zolaqlarında rəqəmsal yerüstü televiziya xidmətləri meyarlarının və VHF zolağında yerüstü FM səs yayımı standartlarının planlaşdırılması; HDTV studio siqnalları üçün rəqəmsal interfeys; televiziya şəkillərinin keyfiyyətinin qiymətləndirilməsi; audio proqramın səs ucalığı və səviyyəsinin ölçülməsi üçün alqoritmlərin müəyyənləşdirilməsi və digər mövzularda müzakirələr aparılacaq.
|