Azərbaycanda “Reklam haqqında” qanuna dəyişiklik ediləcəyi gözlənilir. Bu barədə “KƏLAMİNFO” müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. O qeyd edib ki, hazırda qanunda kifayət qədər boşluq var və xüsusilə də bu, reklamların dili ilə bağlıdır. “Plüralizm şəraitində yaşadığımız üçün demokratiya ab-havası bir çox sahəyə sirayət edib. Lakin elə dəyərlərimiz var ki, onun olduğu kimi qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur. Biz bunu biznes maraqlarına qurban verməməliyik” - deyə J.Əliyeva vurğulayıb. Millət vəkili deyib ki, hazırda komitədə bununla bağlı müzakirələr gedir.
|