Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti istefa verib. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, cinsi təcavüzdə günahlandırılan BVF prezidenti Dominik Stross-Kan qurumunu müdafiə etmək zamanı qazanmaq üçün bu addımı atıb. BVF-nin məlumatında Dominik Stross-Kan böyük kədər hissi ilə Direktorlar Şurasına Beynəlxalq Valyuta Fondunun icraçı direktoru postundan istefa ərizəsini təqdim etdiyini yazıb. “Mənə qarşı irəli sürülən bütün ittihamları böyük qətiyyətlə rədd edirəm. Şərəf və ləyaqətlə xidmət göstərdiyim bu təşkilatı qorumaq istəyirəm",-deyə Dominik Stross-Kan istefa məktubunda yazıb.
|