Türk dünyasının ozanı kimi tanıdığımız Araz Elsəs mayın 24-də Bakıda konsert proqramı ilə çıxış etməli idi. Lakin konsertin vaxtı müəyyən səbəblərdən dəyişib. “KƏLAMİNFO”nun məlumatına görə, təşkilatçı proqramı mayın 29-na keçirib. Paytaxtın istirahət mərkəzlərinin birində təşkil ediləcək musiqili proqramın anonsları yaxın günlərdə təqdim ediləcək.
Qeyd edək ki, konserti təşkil edən heyət proqramın martın 24-də keçirilməməsinin səbəbini əsasən texniki problemlərin yaranması ilə izah edib. Eyni zamanda, konsertdə Araz Elsəsi müşayiət edəcək ansamblın həmin tarixdə Bakıya gələ bilməyəcəyini açıqlayıb. Hər iki səbəbdən musiqili proqram 5 gün sonraya keçirilib. Öyrəndik ki, Araz Elsəs Bakı konsertinin repertuarını artıq hazır edib.
|