Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəmədən “KƏLAMİNFO”ya bildiriblər ki, iclasda AR Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 32-ci maddəsinə əsasən, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) AR Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 3-nə təyin edilmiş iclasında baxılacaq.
|