Bu gün Milli Məclis “Folklor nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişikliklər edib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda dəyişikliklər barədə parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. N.Cəfərov bildirib ki, “Folklor nümunələrinin hüquqi qorunması haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi və haqqı ödənilməklə istifadə edə bilərlər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
|