İran prezidenti Mahmud Əhmədinejadın mənəvi rəhbəri hesab edilən ayətullah Məhəmməd Təki Mesba Yəzdi prezidenti kəskin tənqid edib. «KƏLAMİNFO» Qərb informasiya agentliklərinə istinadən xəbər verir ki, o, prezidentin hərəkətlərini məntiqsizlik adlandırıb. Ayətulla Məhəmməd Təki Mesba Yəzdi müsahibələrindən birində bildirib ki, prezident öz dostlarını düşmənlərinə çevirir. Onun sözlərinə görə, prezident əvvəllər administrasiyanın rəhbəri vəzifəsində çalışmış İsfəndiyar Rəhim Maşeyinin təsiri altındadır. Əhmədinejadın onu 2013-cü il seçkilərində prezident vəzifəsinə irəli sürmək istədiyi bildirilir. Müşahidəçilər Yəzdinin bəyanatını prezidentin mövqeyinin zəifləməsi ilə izah edirlər.
|