Azərbaycanı 2009-cu ildə Aysel Teymurzadə ilə birlikdə «Eurovision» mahnı müsabiqəsində təmsil edən Araş Azərbaycan xalqını təbrik edib. Bu barədə o, öz rəsmi saytına yazıb. İfaçı Eldar və Nigar cütlüyünün «Eurovision-2011»-dəki qələbəsinə sevindiyini bildirib.
Xatırladaq ki, sözügedən müsabiqədə Azərbaycanın adına birincilik qazandıran təmsilçilərimiz ötən gün Bakıya qayıdıblar. Onlar böyük izdihamla qarşılanıb.
Müsabiqə rəsmiləri «Eurovision-2012»-nin şərtlərini artıq Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib.
|