Dekabrın 16-da Bakıda NATO-nun üzvü olan ölkələrin təcrübəsinə həsr olunmuş seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər.
Tədbirdə NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri məruzələrlə çıxış edəcəklər.
Seminarda dövlətlərin NATO-ya üzvlük istiqamətində həyata keçirdikləri tədbirlər, islahatlar, nailiyyətlər barədə məlumat veriləcək.
|