Cari tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin planı Nazirlər Kabineti tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il dövlət sifarişli yerlərin sayı 10429 yer təşkil edirdisə, bu il bu rəqəm 10616 olub.
TQDK sədri qeyd edib ki, mayın 20-də son ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının III buraxılışı çap olunacaq və ayrılan yerlər barədə geniş elan veriləcək.
|