“Azərbaycanın bəzi turist şirkətlərinin turizm mövsümü ilə əlaqədar qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) hazırladıqları təkliflər yersiz məsələdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.
O, qeyd edib ki, turizm mövsümünə görə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ilə bağlı təklif artıqdır. “Mən də onlara təklif edərdim ki, daxili turizmdə xidmətlərin keyfiyyətini yüksəltsinlər və qiymətləri dəyişsinlər. Keyfiyyətə və qiymətə görə daxili turizmə daha tez və daha çox turist cəlb etmək mümkündür”,-deyə M.Abbaszadə vurğulayıb.
|