Plagiatlıqda günahlandırılan Avropa Parlamenti sədrinin müavini Silvana Kox-Merin bəyan edib ki, tutduğu bütün siyasi postları tərk edir. Almaniya Azad Demokrat Partiyasının İdarə Heyətinin üzvü olan xanım bunu yazılı müraciətində göstərib. Beləliklə, o, Avropa Parlamentinin sədr müavini və partiyasının Avropa Parlamentində təmsilçisi vəzifələrindən getməli olub. Kox-Merin bu addımı atmaqla plagiatlıqda ittiham olunduğu barədə diskussiyalardan ailəsinin uzaq olmasına çalışdığını deyib. «KƏLAMİNFO» «Deutsche Welle»yə istinadən xəbər verir ki, deputat xanım Heydelberq universitetində müdafiə etdiyi namizədlik dissertasiyasının bir sıra yerlərini köçürüb.
|