Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov və deputat Asəf Hacıyev Avropa Xalq Partiyasının 2009 Bonn Konqresində iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən veriblər.
Almaniya Kansleri Angela Merkelin təşkilatçılığı ilə bu gündən dekabrın 10-dək Bonn şəhərində keçiriləcək Konqresdə AXP-nin əsas prioritet sahələrindən olan Sosial Bazar iqtisadiyyatı haqqında müzakirələr aparılacaq.
Almaniya Bundestaqında keçirilən Konqresdə Avropanın dövlət və hökümət başçıları, parlamentarilər, həmçinin mindən artıq nümayəndə iştirak edir.
|