Prezident İlham Əliyev bu gün Ağcabədiyə səfəri çərçivəsində rayonun mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısına bildirilib ki, Ağcabədi şəhərində 2000-ci ildə istifadəyə verilən Heydər Əliyev adına parkın ümumi sahəsi 4 hektardır. 2008-ci ildə yenidən qurulan parkda ulu öndərin abidəsi ucaldılıb. Abidənin arxa hissəsində qranitdən Azərbaycanın xəritəsi işlənib. Şəhərin ən gözəl guşəsinə çevrilən parkda həm uşaqlar, həm də böyüklərin rahatlığı üçün hər cür şərait yaradılıb.
|