Cari ilin 25-27 may tarixlərində İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində 16-cı konfransının keçirilməsi planlaşdırılır. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sözügedən konfrans çərçivəsində hərəkatın 50-ci il dönümünün qeyd edilməsi nəzərdə tutulur.
XİN bildirir ki, konfransı işıqlandırmaq istəyən KİV nümayəndələri viza və akkreditə ilə bağlı əlavə olunan təlimatlara (ingilis dilində) uyğun şəkildə sənədlərini İndoneziya tərəfinə təqdim etməlidirlər.
|