Prezident İlham Əliyev cari ilin 8-9 iyun tarixlərində Serbiyaya səfər edəcək. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, bu barədə Elmar Məmmədyarovun serbiyalı həmkarı ilə görüşündə bildirilib.
Nazirlərin görüşündə nəzərdə tutulan səfər və səfər zamanı müqavilə-hüquq bazasının genişləndirilməsi, iqtisadi, ticarət, turizm və mədəniyyət sahəsində, eləcə də XİN-lər arasında, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
|