Bundan sonra kütləvi istehsal olunan çalğı alətlərindən üstünə “Azərbaycan” sözü yazılmayanı ölkə xaricinə ixrac olunmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu, Milli Məclisdə yeni hazırlanan “Azərbaycanın muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Qanun layihəsinin 6.2 maddəsində qeyd olunur ki, Azərbaycanda kütləvi istehsal olunan xalq çalğı alətlərinə “Azərbaycan” sözü nəqş edilir və belə seçdirməsi olmayan Azərbaycan xalq çalğı alətlərinin ölkə xaricinə çıxarılmasının qarşısı alınır.
|