Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçisi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Bu barədə məlumat “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyindən verilib.
Başçəkmə zamanı əsirlərin saxlanma şəraiti və fiziki durumlarının monitorinqi aparılıb, onlara yaxınlarının məktubları çatdırılıb. Əsirlərdən yaxınlarına çatdırılacaq məlumatlar alınıb.
|