Obama əkiz qüllələrin dağıdıldığı yerə - "Ground Zero"ya gedəcək. “KƏLAMİNFO” “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu qərarı ABŞ prezidenti Barak Obama “Əl Qaidə” lideri bin Ladenin öldürülməsindən sonra verib və mayın 5-də Nyu-Yorka gedəcək. Ağ evdən verilən məlumata görə, prezident Obama 11 sentyabr terror hadisələrində yaxınlarını itirən insanlarla da görüşəcək.
Qeyd edək ki, dünən Barak Obama Ağ evdə Konqresin demokrat və respublikaçı liderlərinə axşam yeməyi verib.
|