BMT Təhlükəsizlik Şurası «Əl-Qaidə» lideri Üsəma bin Ladenin öldürülməsindən məmnunluq ifadə edən bəyanat verib. «KƏLAMİNFO» «Lenta. ru»ya istinadən xəbər verir ki, bəyanatda «bir nömrəli terrorçu»nun öldürülməsi terrorizmlə mübarizədə köklü dəyişiklik kimi qələmə verilib. Eyni zamanda, dövlətlərdən terror aktlarının qarşısını almaq üçün ayıq-sayıq olmaq istənilib.
Qeyd edək ki, TŞ-nin iclasında baş katib Pan Qi Mun da iştirak edib.
|