Mayın 4-ü “Hyatt-Regency’ otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Rumıniyanın (NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi) Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Kiber və Milli təhlükəsizlik: NATO-nun siyasəti və milli baxış” mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər.
Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Milli Təhlükəsizlik Nazirliyinin Departament rəhbəri Kərim Kərimov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke, ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Cemi Smit və SAM-ın elmi işçisi Rəşad Kərimov əsas məruzəçilər qismində iştirak edəcəklər.
Ekspertlər dünyada dövlət və strateji əhəmiyyətli veb səhifələrə kiber hücumları, beynəlxalq kiber təhlükəsizliyi, NATO-nun kiber və informasiya təhlükəsizliyi sahəsindəki siyasəti, bu sahədə beynəlxalq təcrübə, kiber hədələr və onların fərdi səviyyəsi, mövcud problemlərdən çıxış yolları və digər bu kimi məsələləri müzakirə edəcəklər.
|