ABŞ Dövlət Departamenti ölkə xaricində yaşayan bütün vətəndaşlara xəbərdarlıq edib. “KƏLAMİNFO” “CNNTürk”ə istinadən xəbər verir ki, ABŞ-ın bütün səfirliklərinə xəbərdarlıq edən Dövlət Departamenti “Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladenin öldürülməsi ilə bağlı olaraq vətəndaşları terror təşkilatının hücumlarına qarşı ehtiyatlı və diqqətli olmağa çağırıb.
Xəbərdarlıqda ölkə xaricində yaşayan və səyahətdə olan Amerika vətəndaşlarından izdihamlı yerlərdən uzaq durmaq tapşırılıb.
|