Şahzadə Uilyam və Keyt Middltonun toy mərasimini təqribən 1000-ə yaxın «bobbi» - polis əməkdaşı qoruyacaq. «MIGnews.com»un məlumatına görə, onlar Londonun mərkəzi meydanı, Bukinqem sarayı və Vestminister abbatlığının təhlükəsizliyə cavabdeh olacaqlar.
Belə ki, son günlər Britaniya taxt-tacının vəliəhdinin təntənəli mərasiminə qarşı hədələr edilir. “KƏLAMİNFO” xəbər verir ki, polislərin bir qrupu mülki formada əhalinin arasında asayişin keşiyində olacaq.
Artıq Vestminister abbatlığına tamaşaçılar və KİV nümayəndələri axışmaqdadır. Toy mərasimi aprelin 29-da keçiriləcək.
|