Litva prezidenti Dali Qribauskaytenin Qafqaza səfəri Cənubi Qafqaz ölkələri ilə dialoqun qurulmasına həsr olunacaq. Bunu Litva dövlət başçısının müşaviri Linas Balsis bildirib.
«KƏLAMİNFO» bu məlumatı «ZINIU RADIJAS» radiostansiyasına istinadən yayıb. Onun sözlərinə görə, Litvanın dövlət başçısı həllini tapmayan münaqişələrlə tanınan ölkələrdə dialoqun başlanması və qarşılıqlı inamın yaranması üçün azacıq da olsa bir addım atmaq istəyir. «ATƏT-in prinsipləri insanın maraqlarıdır. Gəlin dialoqa başlayaq, münaqişələri və ambisiyaları yaddan çıxaraq. İnsanların həyatını müəyyən edən məsələləri müzakirə edək» - deyə Linas Balsis vurğulayıb.
|