15-18 iyul tarixlərində Polşada VIII illik Varşava Şərqi Avropa elmi-praktik konfransı keçiriləcək. Varşava Universitetinin Şərqi Avropa Mərkəzi tərəfindən təşkil edilən bu konfrans postsovet ölkələrinin müstəqilliyinin 20 illiyinə həsr olunur.
Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata gör, konfrans zamanı son 20 ildə postsovet ölkələrində yeni dəyərlərə keçid və demokratik quruculuğun nəticələri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, konfransın işində azərbaycanlı alimlər, doktorantlar, ekspertlər də iştirak edə bilərlər.
Konfrans haqqında ətraflı məlumatı www.studium.uw.edu.pl/weec ünvanından (e-mail: conf.studium@ uw.edu.pl) almaq olar.
|