Ötən il Azərbaycana 1 milyon 906 nəfər xarici gəlib. Onlardan 1 milyon 494 min nəfəri turist olub. “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən Azərbaycanda 309 mehmanxanaya turizm fəaliyyətinə dair lisenziya verilib. Ölkədə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin sayı 499-dur. Onların təxminən 35 faizi Bakı şəhərinin payına düşür. Bu obyektlərdə 30 min 793 yataq yeri var.
Ötən il Azərbaycandan kənara gedən turistlərin sayı isə 3 milyon 175 min nəfər təşkil edib. Kənara gedən turistlərin əsas maraq göstərdiyi ölkələr Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir.
Hazırda Azərbaycanda 211 turizm şirkəti nazirliyin lisenziyası əsasında fəaliyyət göstərir.
|