ABŞ Silahlı Qüvvələrinin rəhbəri, admiral Mayk Mallen deyib ki, koalisiyanın hava zərbələri nəticəsində Liviya öz quru qüvvələrindən istifadə etmək imkanının 30-40 faiz itirib. Lakin o deyib ki, Liviyadakı hərbi əməliyyatlar zəifləməyib. Admiral Mallen əlavə edib ki, Liviya müxalifəti sıralarında “əl-qaidəçi”lərin mövcudluğunu görməyib. «KƏLAMİNFO» BBC-yə istinadən yaydığı məlumatda göstərib ki, hərbi müdaxilənin ən qatı tərəfdarlarından biri, prezidentliyə sabiq namizəd senator Con Makkeyn hazırda üsyançıların liderləri ilə danışıqlar aparmaq üçün gizli şəkildə Benqaziyə gəlib.
|