Yaponiya hökuməti gələn ilin dövlət büdcəsinə 50 milyard dollar əlavələr edilməsi barədə qərar qəbul edib. Bu barədə “KƏLAMİNFO” Yaponiyanın «Kiodo» agentliyinə istinadən xəbər verir. Qeyd olunub ki, büdcəyə əlavələr mart ayında ölkədə baş verən zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılmasına sərf olunacaq. Agentlik xəbər verir ki, zəlzələ İkinci Dünya müharibəsindən sonra ölkəyə dəyən ən böyük zərbə olub. Yaponiya Maliyyə Nazirliyindən bildiriblər ki, dövlət regionların bərpası üçün zəruri olan pulu tapa biləcək.
|