Bu il Milli Məclisin Mədəniyyət komitəsi parlamentin müzakirəsinə bir sıra qanun layihələri təqdim edəcək. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində komitə üzvü, millət vəkili Jalə Əliyeva bildirib. Onun sözlərinə görə, bu qanun layihələrinin bəziləri parlamentin ötən çağırışdan qalan layihələrdir.
Millət vəkili qeyd edib ki, hazırda komitəyə təqdim olunan layihələr arasında ən aktualı “Mədəniyyət abidələrinin qorunması haqqında” qanun layihəsidir. Müəllifi millət vəkili Rafael Hüseynov olan layihə sadəcə, abidələrin deyil, mədəniyyət abidələrinin qorunması haqqındadır. “O cümlədən “Yaradıcı təşkilatlar haqqında” və “Dil haqqında” qanun layihələri də komitənin hazırkı gündəmindədir.
|