Ali məktəblərə sənəd verən abituriyentlərin musiqi sənəti, təsviri incəsənət, kino-aktyorluq istiqamətləri üzrə qabiliyyət imtahanı iyulun 7-13 tarixlərində keçiriləcək.
“KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Memarlıq və dizayn istiqamətini seçənlər 14-20 iyulda, idman istiqamətini seçən abituriyentlər isə 20-28 iyulda imtahandan keçəcək. Ali məktəblərdə ixtisas seçimi isə avqustun 2-dək davam edəcək.
|