Rusiya Prezidenti Dmitri Medvedyev ölkə üzrə narkotiklərlə mübarizədə irəliləyişlərin olmadığını bəyan edib. «Kommersant» yaydığı məlumatda göstərir ki, prezident tələbələrin narkotik vasitə qəbul edib-etmədiyi barədə məcburi testdən keçirilməsini tələb edib. «Bu məsələyə xüsusi diqqət ayrılmasına baxmayaraq, keyfiyyət dəyişikliyi azdır. Halbuki, 2020-ci ilə kimi ölkədə Dövlət Antinarkotik Strategiyası qəbul edilib, Dövlət Antinarkotik Komitəsi fəaliyyət göstərir». «KƏLAMİNFO» xəbər verir ki, prezident bu sözləri İrkutskda Dövlət Şurasının İdarə Heyətinin iclasını açarkən deyib.
|