Ermənilər ötən gün saat 19.20-dən 19.25-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızılhacılı kəndində yerləşən mövqelərimizi, aprelin 15-də saat 02.40-dan 02.50-dək isə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
|