Vaşinqton meri Vinsent Qrey həbs olunub. KƏLAMİNFO Lenta.ru-ya istinadən xəbər verir ki, Kapitoli polisi Vaşinqton meri və Şəhər Şurasının 5 üzvünü Konqres binası qarşısında qanunsuz aksiya keçirdiklərinə görə həbs edib. Polis Vaşinqton meri və həmkarlarına 30 dəqiqə küçədə oturmağa icazə verib.
Qrey və həmkarları prezident Barak Obamanın 2012-ci il üçün büdcədə şəhər proqramlarının maliyyələşməsinin azaldılması qərarının əleyhinə çıxış ediblər.
Qeyd edək ki, senat aprelin 14-də büdcə layihəsinə baxacaq.
|