Pentaqonun təəccüblənəcəyi hadisə baş verib. KƏLAMİNFO “Milliyet” qəzetinə istinadən xəbər verir ki, ABŞ əsgərləri bu dəfə səhvən öz əsgərlərini öldürüblər. Əfqanıstanın cənub-qərbində 2 ABŞ əsgəri ABŞ-a məxsus olan pilotsuz təyyarənin açdığı güllədən qətlə yetirilib. Amerika ordusunun bəzi nümayəndələri bu tip hadisənin ilk dəfə baş verdiyini bildiriblər.
ABŞ müdafiə naziri baş verən hadisənin araşdırılacağını açıqlayıb.
|