Qazaxıstanda keçirilən prezident seçkilərində qələbə qazanan Nursultan Nazarbayevin inauqurasiya mərasimi aprelin 8-də təşkil olunacaq.
KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticəsini bu gün günortadan sonra açıqlayacaq.
Qeyd edək ki, Nursultan Nazarbayev seçicilərin 95,5 faizinin səsini toplayıb.
|